...

Azərbaycan Prezidentinin Fransa Respublikasına rəsmi səfəri başa çatıb

Siyasət Materials 10 Dekabr 2009 03:55 (UTC +04:00)
Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri başa çatıb.
Azərbaycan Prezidentinin Fransa Respublikasına rəsmi səfəri başa çatıb

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri başa çatıb.

Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin "Orli" Beynəlxalq hava limanında Prezident İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıdıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Xəbər lenti

Xəbər lenti