...

Qahirə Universitetinin professoru ADA-da məruzə ilə çıxış edib

Siyasət Materials 10 Dekabr 2009 10:49 (UTC +04:00)
Qahirə Universitetinin Ərəb dili və ədəbiyyatı professoru Hani As Sisi Azərbaycan Diplomatik Akademiyasında “Azərbaycan dilinin ərəb kökləri” mövzusunda mərüzə ilə çıxış edib.
Qahirə Universitetinin professoru ADA-da məruzə ilə çıxış edib

Azəbaycan, Bakı, 10 avqust / Trend , müxbir K.Zərbalıyeva/

Qahirə Universitetinin Ərəb dili və ədəbiyyatı professoru Hani As Sisi Azərbaycan Diplomatik Akademiyasında "Azərbaycan dilinin ərəb kökləri" mövzusunda mərüzə ilə çıxış edib.

Akademiyanın cümə axşamı yaydığı məlumatda qeyd edilib ki, professor VII əsirdən etibarən İslam dininin yayılması nəticəsində ərəb dilinin Azərbaycan ərazisinə gəlib çatdığını deyib. Nəticədə bu gün Azərbaycan dilində təxminən 10 000-yə yaxın ərəb köklü sözlər var. Bundan başqa Azərbaycanda artıq ərəb dilində ölmüş hesab olunan sözlərə də rast gəlmək olar. Misal kimi o, "İraq", "cəsur", "mütəkkə" kimi sözlər göstərib ki, artıq ərəb dünyasında istifadə olunmur.

Professor Sisi Azərbaycanda olduğu 2 il müddətdə ədib Cəlil Məmmədquluzadənin tənqidi məqalələrini, yerli atalar sözlərini ərəb dilinə tərcümə edərək, Misirdə dərc edib.

Tədbirdə ərəb ölkələrinin səfirləri, Xarici İşlər Nazirliyinin diplomatları, tanınmış şərqşünaslar və ərəb dili mütəxəssisləri iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti