...

Azərbaycanın NATO ilə IPAP-ın üçüncü mərhələsi çərçivəsində 170 tədbir keçiriləcəyi planlaşdırılır

Siyasət Materials 10 Dekabr 2009 13:24 (UTC +04:00)
Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) üçüncü mərhələsi çərçivəsində 170 tədbir keçiriləcəyi planlaşdırılır, Trend News-un məlumatına görə, bunu cümə axşamı keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Azərbaycanın NATO ilə IPAP-ın üçüncü mərhələsi çərçivəsində 170 tədbir keçiriləcəyi planlaşdırılır

Azəbaycan, Bakı, 10 avqust / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) üçüncü mərhələsi çərçivəsində 170 tədbir keçiriləcəyi planlaşdırılır, Trend -un məlumatına görə, bunu cümə axşamı keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

NATO dairələrində Azərbaycanın 2010-cu ildən etibarən alyansla daha yaxın əməkdaşlıq etməsi yollarını aramağa başlayıblar. IPAP-ın ikinci mərhələsi 2008-2009-cu illəri əhatə edib. 2010-cu ildən etibarən Bakı ilə Brüssel arasında əməkdaşlıq konturlarının genişlənəcəyi, qarşılıqlı səfərlərin artacağı gözlənilir. Ekspertlərin fikrincə, Azərbaycan NATO qarşısında götürdüyü öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirsə, onda 2013-15-ci illər arasında onun NATO-ya üzvlüyünə münbit şərait yarana bilər.

Sabiroğlu deyib ki, üçüncü mərhələ üzrə danışıqlar gələn ilin mart-aprel aylarında başlanacaq. Bu mərhələdə NATO ilə hərbi-texniki əməkdaşlıq da nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti