...

İstanbulda Azərbaycan ilə Türkiyənin fövqəladə hallar qurumları arasında əlaqələrin prespektivləri müzakirə olunub

Siyasət Materials 10 Dekabr 2009 17:37 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə axşamı yaydığı məlumata görə, 7-8 dekabrda Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyin dəvəti ilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti bu ölkədə rəsmi səfərdə olub.
İstanbulda Azərbaycan ilə Türkiyənin fövqəladə hallar qurumları arasında əlaqələrin prespektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan ilə Türkiyənin fövqəladə hallar qurumları arasında əlaqələrin prespektivləri müzakirə olunub.

Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə axşamı yaydığı məlumata görə, 7-8 dekabrda Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyin dəvəti ilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti bu ölkədə rəsmi səfərdə olub.

Səfər çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə ikitərəfli görüş keçirilib.

Nümayəndə heyəti həmçinin İstanbul Beynəlxalq Seysmik Riskin Azaldılması Konfansında iştirak edib. Konfransın əsas məqsədi zəlzələ riskinin yüksək olduğu ölkələrlə bağlı məlumat və təcrübə mübadiləsinin aparılması və şəhərlərdə seysmik riskin azaldılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə fikir mübadiləsinin aparılması olub.

Konfransın açılış mərasimində nazir Heydərov Azərbaycanda fəlakətlərin idarə olunması sahəsində görülən işlər barədə məruzə ilə çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti