...

ABŞ Azərbaycanda demokratik institut və dəyərlərin gücləndirilməsinə kiçik qrantlar ayıracaq

Siyasət Materials 10 Dekabr 2009 19:41 (UTC +04:00)
Azərbaycanda davamlı proqramın bir hissəsi olaraq demokratik institut və dəyərlərin gücləndirilməsinə dəstək etmək məqsədilə ABŞ səfirliyinin Demokratiya komissiyası tərəfindən kiçik qrantlar təqdim olunacaq.
ABŞ Azərbaycanda demokratik institut və dəyərlərin gücləndirilməsinə kiçik qrantlar ayıracaq

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir V.Javoronkova/

Azərbaycanda davamlı proqramın bir hissəsi olaraq demokratik institut və dəyərlərin gücləndirilməsinə dəstək etmək məqsədilə ABŞ səfirliyinin Demokratiya komissiyası tərəfindən kiçik qrantlar təqdim olunacaq.

"Layihələr büdcəsi 24 min dollardan çox olmamaq şərti ilə qəbul edilir", - jurnalistlərə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson deyib.

1996-cı ildən səfirlik belə həcmdə qrantları Azərbaycana qeyri-gəlirli qeyri-hökumət təşkilatlarına, qeyri-gəlirli icma əsaslı təşkilatlara, qeyri-gəlirli assosiasiya və icma qruplarına, həmçinin yerli müstəqil mətbuat təşkilatlarına təqdim edir. Builki təkliflər dekabrın 30-dək (30-u da daxil olmaqla) qəbul olunacaq. Budəfəki müsabiqənin mövzuları:

1. Azad və demokratik seçkilərin keçirilməsinə töhfələrin verilməsi

2. Vətəndaş məsuliyyəti və demokratik dəyərlərin təqdimatı

3. Azad və peşəkar media və jurnalistikanın inkişafı

4. İctimai təsisatlarda korrupsiya əlehinə mübarizəyə və şəffaflığa dəstək

5. Ətraf mühitin qorunmasında kollektiv məsuliyyətin inkişafı

6. Dağlıq Qarabağ probleminin dinc yolla həllinə dəstək verən, münaqişələrinin çözülməsi üzrə layihələrin həyata keçirilməsi

7. İnsan hüquqlarının monitorinqi

8. Hüquq və azadlıqların qorunması üçün ictimai müjdəçilik

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti