...

İlham Əliyev Beynəlxalq Boks Assosiasiyasının prezidentini qəbul edib

Siyasət Materials 11 Dekabr 2009 12:13 (UTC +04:00)
Prezident İlham Əliyev cümə axşamı Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu qəbul edib. Xəbəri AzərTAc dövlət İnformasiya Agentliyi məlumat yayıb.
İlham Əliyev Beynəlxalq Boks Assosiasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev cümə axşamı Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu qəbul edib. Xəbəri AzərTAc dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Çinq-Kuo Vu Prezident İlham Əliyev ilə Pekin Olimpiya Oyunları zamanı görüşünü xatırlayıb. O, gələn il gənclər arasında boks üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin yekdilliklə qərar qəbul etdiyini deyib və bu münasibətlə təbriklərini çatdırıb. Çinq-Kuo Vu ölkəmizdə bu idman növünün inkişafı ilə bağlı Azərbaycan Boks Federasiyasının böyük səylər göstərdiyini vurğulayıb.

Dövlət başçısı gənclər arasında boks üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin qərarını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev mötəbər idman yarışlarının Azərbaycanda keçirilməsinin beynəlxalq idman aləmində ölkəmizin nüfuzunun getdikcə daha da artması baxımından əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti