...

Azərbaycan Parlamentinin deputatı Türkiyədə insan hüquqları ilə bağlı simpoziumda iştirak edəcək

Siyasət Materials 11 Dekabr 2009 11:19 (UTC +04:00)
"Deputat Qənirə Paşayeva dekabrın 11-dən 14-dək Türkiyənin Bursa şəhərində ən yeni tariximizdə türk və islam dünyasının insan hüquqları sahəsində üzləşdiyi haqsızlıqlara həsr olunan simpoziumda iştirak edəcək", - cümə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin deputatı Türkiyədə insan hüquqları ilə bağlı simpoziumda iştirak edəcək

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Türkiyədə insan hüquqları ilə bağlı simpoziumda iştirak edəcək.

"Deputat Qənirə Paşayeva dekabrın 11-dən 14-dək Türkiyənin Bursa şəhərində ən yeni tariximizdə türk və islam dünyasının insan hüquqları sahəsində üzləşdiyi haqsızlıqlara həsr olunan simpoziumda iştirak edəcək", - cümə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Toplantıda dünyanın müxtəlif bölgələrində məskunlaşan türklərin məruz qaldıqları haqsızlıqlardan danışılacaq, problemin həlli yolları barədə fikir mübadiləsi aparılacaq. "Paşayeva simpoziumda Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin Azərbaycanın 20 faiz ərazisini işğal etməsi, bir milyondan artıq soydaşımızın öz ata-baba yurdlarından didərgin düşməsi, Xocalı soyqırımı barədə ətraflı çıxış edəcək. Millət vəkili ermənilərin işğal olunmuş ərazilərimizdə çoxlu sayda mədəni və tarixi abidələrimizi dağıtması barədə toplantı iştirakçılarına məlumat verəcək", - məlumatda qeyd edilir.

Tədbirdə Azərbaycan həqiqətlərini əks etdirən, Ermənistanın işğalçılıq siyasətini faktlarla təsdiq edən müxtəlif dillərdə kitablardan və sənədli filmlərdən ibarət sərgi də nümayiş etdiriləcək. "Səfər çərçivəsində deputatımızın İstanbulun bir sıra sivil toplumlarında və universitetlərində görüşləri nəzərdə tutulub", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti