...

Azərbaycan paytaxtında bomba qoyulması ilə bağlı yalan məlumat verən şəxs müəyyən edilib

Siyasət Materials 11 Dekabr 2009 13:16 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumata görə, özünü Osman Əliyev kimi təqdim edən şəxs Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edərək Nərimanov prospektinə partlayıcı maddə qoyulması barədə məlumat verib.
Azərbaycan paytaxtında bomba qoyulması ilə bağlı yalan məlumat verən şəxs müəyyən edilib

Azərbaycan, Bakı, 11 dekabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında bomba qoyulması ilə bağlı yalan məlumat verən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, özünü Osman Əliyev kimi təqdim edən şəxs Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edərək Nərimanov prospektinə partlayıcı maddə qoyulması barədə məlumat verib.

Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, təsdiqini tapmayıb.

Araşdırmalar zamanı telefonun Sabirabad rayonunun Güdəcühür kənd sakini Əlverdi Əsgərova məxsus olması və zəngin onun oğlu, 15 yaşlı Münasib tərəfindən edilməsi müəyyən edilib. Araşdırmalar davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti