...

Azərbaycan hökuməti hesab edir ki, ABŞ hökuməti tərəfindən Dağlıq Qarabağda həyata keçirilən bütün proqram və fəaliyyətlər Bakı ilə razılaşdırılmalıdır - səfir Yaşar Əliyev

Siyasət Materials 11 Dekabr 2009 14:32 (UTC +04:00)
"Azərbaycan tərəfi hesab edir ki, ölkə ABŞ tərəfindən Dağlıq Qarabağ regionunda həyata keçirilən bütün proqram və fəaliyyətlər haqda məlumatlandırılımalıdır və onlar Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır", - Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev cümə günü Trend News-a deyib.
Azərbaycan hökuməti hesab edir ki, ABŞ hökuməti tərəfindən Dağlıq Qarabağda həyata keçirilən bütün proqram və fəaliyyətlər Bakı ilə razılaşdırılmalıdır - səfir Yaşar Əliyev

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir S.Ağayeva/

Azərbaycan hökuməti hesab edir ki, ABŞ hökuməti tərəfindən Dağlıq Qarabağda həyata keçirilən bütün proqram və fəaliyyətlər Bakı ilə razılaşdırılmalıdır - səfir Yaşar Əliyev

"Azərbaycan tərəfi hesab edir ki, ölkə ABŞ tərəfindən Dağlıq Qarabağ regionunda həyata keçirilən bütün proqram və fəaliyyətlər haqda məlumatlandırılmalıdır və onlar Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır", - Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev cümə günü Trend -a deyib.

Səfir son günlər ABŞ Konqresi tərəfindən növbəti 2010-cu il üçün maliyə yardım ayrılması məsələsinə dair mətbuatda yayılmış məlumatlara şərh verib. Onun sözlərinə görə, Dağlıq Qarabağ regionunda fəaliyyət proqramının qanun layihəsinə əsasən, Azərbaycana 8 milyon dollaradək vəsait ayırmaq təklif edilir.

Diplomat bildirib ki, cari ilin 8 dekabr tarixində ABŞ Konqresinin Senat Nümayəndələr Palatası üzvlərindən ibarət razılaşdırma konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri haqda ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

Qanun layihəsi bir neçə ABŞ dövlət qurumunun, o cümlədən Dövlət Departamenti, Nəqliyyat, Ticarət, Ədliyyə və sair nazirliklərin 2010-cu maliyyə ili üzrə büdcələrini əhatə edib.

Azərbaycana 2010-cu il üçün ayrılmış yardımın həcminə gəldikdə səfir qanun layihəsinin Avropa, Avrasiya və Mərkəzi Asiya regionlarına yardım maddəsində Azərbaycana 22 milyon ABŞ dolları məbləğində ikitərəfli yardımın ayrıldığının göstərildiyini, 2009-cu maliyyə ilində isə bu yardımın məbləği 18.5 milyon ABŞ dolları təşkil etdiyini deyib. .

Hərbi sahədə əməkdaşlıq məsələsinə gəldikdə isə səfirin sözlərinə görə, növbəti ilə Xarici Hərbi Maliyyələşdirmə proqramı üzrə Azərbaycana 3 milyon ABŞ dolları vəsait ayrıldığı, Beynəlxalq Hərbi Təlim və Tədris proqramı üzrə isə ayrılan yardımın məbləğinin göstərilmədiyi məlum olub.

Erməni lobbisinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişi yenidən tətbiq edilməsi üçün cəhdləri barədə suala münasibətdə Yaşar Əliyev bildirib ki, bu fəaliyyət uğursuzluqla nəticələnib və qanun layihəsinin 2010-cu maliyyə ili üzrə Dövlət Departamenti və Xarici Əməliyyatlar üzrə büdcəsinə aid hissəsində Azadlığa Dəstək Aktına 907-ci düzəlişə ümumiyyətlə istinad edilməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağ regionunun və işğal edilmiş ərazilərin azad edilməsinə dair qəbul etdiyi qətnamə Ermənistan tərəfindən indiyədək yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti