...

Müdafiə Nazirliyi xarici ölkələrin Azərbaycanda akreditə olunmuş hərbi ateşeləri üçün brifinq keçirib

Siyasət Materials 11 Dekabr 2009 14:58 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumatına görə, brifinqi Silahlı Qüvvələrin Hərbi Akademiyasında müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov keçirib.
Müdafiə Nazirliyi xarici ölkələrin Azərbaycanda akreditə olunmuş hərbi ateşeləri üçün brifinq keçirib

Azərbaycan, Bakı, 11 dekabr / Trend , muxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyi xarici ölkələrin Azərbaycanda akreditə olunmuş hərbi ateşeləri üçün brifinq keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumatına görə, brifinqi Silahlı Qüvvələrin Hərbi Akademiyasında müdafiə nazirinin müavini, general-leytenant Çingiz MəmmədovMüdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov keçirib.

Görüşdə əsas məqsəd cari ildə Azərbaycan Ordusunun əldə etdiyi naliyyətlər, ilin yekunları və gələcəkdə həyata keçiriləcək işlər barədə xarici ölkə ateşelərini tanış etmək olub.

Nəcəfov 2007-ci ildən başlayaraq Silahlı QüvvələrİPAP çərçivəsində islahatların həyata keçirildiyini bildirib və bu prosesin 2009-cu ildə uğurla aparıldığını deyib.

Nəcəfov silah və texnikanın modernləşdirilməsini, il ərzində təlim və təhsil prosesinin yüksək səviyyədə aparılmasını, yeni ştat-strukturuna keçidi, ilk dəfə Azərbaycanın xarici dövlətlərdə akreditə olunan hərbi ateşelərinin Bakıda toplanaraq əməkdaşlıq məsələlərinin müzakirə edilməsini, nazirlər səviyyəsində 10 rəsmi və işçi görüşün Azərbaycanda, 8 rəsmi və işçi görüşün xarici ölkələrdə baş tutmasını, sülhməramlı əməliyyatlarda iştirak edən kontingentin sayının 2 dəfə artırılmasını, 54 ölkə ilə hal-hazırda hərbi əməkdaşlıq sahəsitndə əməkdaşlıq edildiyini, onlardan 27 ölkə ilə 102 müqavilə və saziş imzalandığını ateşelərin diqqətinə çatdırıb.

General Nəcəfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin arzu edildiyini, lakin bu baş tutmayacağı təqdirdə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə hazır olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti