...

İlham Əliyev Abdullah Gülə başsağlığı verib

Siyasət Materials 11 Dekabr 2009 19:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Türkiyə Prezidenti Abdullah Gülə Bursa vilayətindəki şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
İlham Əliyev Abdullah Gülə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Türkiyə Prezidenti Abdullah Gülə Bursa vilayətindəki şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bursa vilayətindəki şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti