...

Azərbaycanda bələdiyyə seçkisi demokratik keçəcək - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 12 Dekabr 2009 12:15 (UTC +04:00)
"Ümid edirik ki, bələdiyyə seçkisi standartlara cavab verəcək şəkildə keçəcək və seçki institutları normal seçkinin keçirilməsinə nail olacaq" - Trend News-un məlumatına görə, bunu şənbə günü jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Azərbaycanda bələdiyyə seçkisi demokratik keçəcək - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Prezident Administrasiyasının rəsmisi bələdiyyə seçkisinin demokratik keçəcəyini düşünür.

"Ümid edirik ki, bələdiyyə seçkisi standartlara cavab verəcək şəkildə keçəcək və seçki institutları normal seçkinin keçirilməsinə nail olacaq" - Trend -un məlumatına görə, bunu şənbə günü jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Həsənov bildirib ki, bələdiyyə seçkisi öncəsi vəziyyət normaldır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti