...

Azərbaycan universitetinin rektoru Türk-Asiya mərkəzinin mükafatına layiq görülüb

Siyasət Materials 12 Dekabr 2009 14:17 (UTC +04:00)
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) Strateji baxış mükafatı (Strategic vision award) ilə təltif edilib.
Azərbaycan universitetinin rektoru Türk-Asiya mərkəzinin mükafatına layiq görülüb

Türkiyə, Mardin, 12 dekabr / Trend , müxbir Ü.Sadıxova/

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) Strateji baxış mükafatı (Strategic vision award) ilə təltif edilib.

TASAM-ın mükafatı Türkiyənin Mardin şəhərində BSU-nin nümayəndəsinə təqdim edilib. Bu şəhərdə Türkiyə-Avropa Forumu keçirilir.

Mükafat 8 nominasiya üzrə Türkiyənin regionda və dünyada strateji kursunun inkişaf etməsində fəal iştirak edən və Türkiyənin müasir ölkə kimi inkişaf etməsində bütün səylərini səfərbər edən siyasətçilərə, dövlət xadimlərinə, alimlərə, biznesmenlərə, artist və jurnalistlərə verilir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də bu mükafata layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti