...

Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan şəxs saxlanılıb

Siyasət Materials 12 Dekabr 2009 13:47 (UTC +04:00)
Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə şənbə günü Trend News-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat ver
Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə şənbə günü Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakının Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən dekabrın 8-də İlqar Bəkirova məxsus "VAZ-21011" markalı avtomaşını qaçırmış Nurlan Ağamuradovla bağlı aparılmış əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 3-də Sahil Cavadova məxsus "VAZ-2106" markalı, oktyabrın 10-da Etibar Əhmədova məxsus "VAZ-2106" markalı, oktyabrın 15-də Səfixan İsmayılova məxsus "VAZ-2104" markalı və noyabrın 11-də Hüseyn Kazımova məxsus "VAZ-2104" markalı avtomaşınları qaçırması müəyyən edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti