...

Azərbaycanda bələdiyyə seçkisini ölkə üzrə izləyəcək yerli müşahidəçilərin müraciət müddəti başa çatıb

Siyasət Materials 14 Dekabr 2009 11:42 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası mətbuat xidmətindən verilən məlumata görə, bələdiyyə seçkilərində səsvermə prosesini müşahidəçi kimi izləmək üçün 36 mindən çox müraciətə müsbət cavab verilib.
Azərbaycanda bələdiyyə seçkisini ölkə üzrə izləyəcək yerli müşahidəçilərin müraciət müddəti başa çatıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə seçkisini ölkə üzrə izləyəcək yerli müşahidəçilərin qeydiyyatı üçün müraciət müddəti başa çatıb.

"Bələdiyyə seçkilərində səsverməni izləmək üçün yerli müşahidəçilərdən komissiyaya daxil olan müraciətlərin müddəti dünən axşam başa çatıb", - bazar ertəsi Trend -a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün MSK və DSK - larda son rəqəmə görə 36 mindən çox yerli müşahidəçi qeydə alınıb.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Sarıyevin sözlərinə görə, MSK-ya olunan müraciətlərə 5 gün ərzində baxılacaq və bundan sonra seçkiləri nə qədər yerli müşadiçənin izləmək hüququ qazandığı bəlli olacaq.

"Dairə seçki komissiyalarında müşahidəçi kimi qeydə alınmaq üçün müraciətlər isə ayın 18-i axşam saatlarına qədər edilə bilər", - mətbuat xidmətinin rəhbəri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti