...

Banqkokda saxlanılan İl-76 təyyarsi Qazaxıstana mənsub deyil

Siyasət Materials 14 Dekabr 2009 14:28 (UTC +04:00)
Tailandda saxlanılan İl-76 təyyarsi Qazaxıstana mənsub deyil və ölkənin özəl reyestrindən çıxarılıb, QR-nın Nəqliyyat və Kommunikasiya Nazirliyinin Mülki Aviasiya Komitəsinin rəhbəri Radilbek Adimolda bu gün Astanada keçirilən birifinqdə deyib.
Banqkokda saxlanılan İl-76 təyyarsi Qazaxıstana mənsub deyil

Qazaxıstan, Astana, 14 dekabr/ Trend , K.Konırova/

Tailandda saxlanılan İl-76 təyyarsi Qazaxıstana mənsub deyil və ölkənin özəl reyestrindən çıxarılıb, QR-nın Nəqliyyat və Kommunikasiya Nazirliyinin Mülki Aviasiya Komitəsinin rəhbəri Radilbek Adimolda bu gün Astanada keçirilən birifinqdə deyib.

"Bu hava gəmisi Qazaxıstanın özəl şirkətinə mənsubolub, 2009-cu il oktyabrın 7-də Gürcüstanın "Eyr Vest Corciya" hava şirkətinə satılıb", - sədr deyib.

İL-76 təyyarəsi dekabrın 12-də Banqkokda Don Mıanq hava limanında saxlanılıb. Gəmi burada yanacaq doldurmaq üçün yerə enibmiş.

Sədrin sözlərinə görə, hava gəmisinin heyətinə 4 nəfər Qazaxıstan vətəndaşı və bir nəfər Belarus vətəndaşı daxildir.

"Qazaxıstanın diplomatik missiyası vəziyyətin öyrənilməsi və Qazaxıstan vətəndaşlarının azad edilməsi üzrə bütün səylərini səfərbər ediblər", - Adimolda deyib.

"Hazırda Qazaxıstan vətəndaşlarının şəxsiyyəti müəyyənləşdirilir. Məlumdur ki, onlar Qazaxıstanın özəl "İst Vind" hava şirkətindəndirlər, lakin hazırda ezamiyyətdədirlər. Onların hansı yolla Gürcüstan aviaşirkətinə qəbul edildikləri hələ ki, məlum deyil", - o deyib.

Xəbər lenti

Xəbər lenti