...

Azərbaycanda seçkilərdə səkkiz bələdiyyədə exit-poll keçiriləcək

Siyasət Materials 14 Dekabr 2009 14:39 (UTC +04:00)
Azərbaycanın "ELS" Müstəqil Araşdırmalar Mərkəzi (MAM) 17 seçki dairəsini əhatə edən səkkiz bələdiyyədə səsvermə günü exit-poll keçiriləcəyini müəyyənləşdirib.
Azərbaycanda seçkilərdə səkkiz bələdiyyədə exit-poll keçiriləcək

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə seçkilərində səkkiz bələdiyyədə exit-poll keçiriləcək.

Azərbaycanın "ELS" Müstəqil Araşdırmalar Mərkəzi (MAM) 17 seçki dairəsini əhatə edən səkkiz bələdiyyədə səsvermə günü exit-poll keçiriləcəyini müəyyənləşdirib.

"Səsvermə günü keçirəcəyimiz exit-poll 222 seçki məntəqəsini əhatə edəcək", - bazar ertəsi Trend -a "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Yaqbuvanın sözlərinə görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə exit-poll-un keçirilməsi üçün hər iki qurumdan 533 nəfər cəlb ediləcək. "Bunun 444 nəfəri intervüyerlərdir. 222 məntəqənin hər birində iki nəfər intervüyer dayanacaq. Qalanları isə qərargahlarda texniki və digər işlərlə məşğul olacaqlar", - mərkəzin rəhbəri əlavə edib.

Yaqubova deyib ki, exit-poll keçiriləcək dairələrdə artıq treninqlər təşkil olunur. "Şirvan şəhərindəki treninqlər başa çatıb. Bundan sonra Xaçmaz rayonunda və Gəncə şəhərində treninqlərin keçirilməsi nəzərdə tutulur", - o vurğulayıb.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə bələdiyyə seçkiləri ilə əlaqədar olaraq birgə exit-poll keçirtmək üçün Azərbaycanın "ELS" Müstəqil Araşdırmalar Mərkəzini (MAM) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını qeydiyyata alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti