...

Azərbaycanın müxalifət partiyası ABŞ-ı separatizmi dəstəkləməkdə qınayıb

Siyasət Materials 14 Dekabr 2009 16:27 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası hesab edir ki, ABŞ Konqresinin Dağlıq Qarabağa yardım ayırması dolayısı ilə separatizmi dəstəkləməkdir.
Azərbaycanın müxalifət partiyası ABŞ-ı separatizmi dəstəkləməkdə qınayıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası hesab edir ki, ABŞ Konqresinin Dağlıq Qarabağa yardım ayırması dolayısı ilə separatizmi dəstəkləməkdir.

"Konqresin humanitar yardım adı altında Dağlıq Qarabağın erməni icmasına 8 milyon dollar vəsait ayırması ABŞ-ın separatizmi dolayısı ilə dəstəkləməsinin göstəricisidir", - Trend -un məlumatına görə, bazar ertəsi Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin iclasında bildirilib.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin SenatNümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

Müxalifət partiyası hesab edir ki, ABŞ-ın bu addımı onun ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasına uyğun gəlmir.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşu radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti