...

Lissabon müqaviləsi - Avropa Şurasının Azərbaycanla əlaqələrinin yeni impulsu

Siyasət Materials 14 Dekabr 2009 20:12 (UTC +04:00)
Lissabon müqaviləsinə əsasən yaradılmış Avropa Şurasının yeni strukturu yalnız AŞ ölkələri üçün deyil, həmçinin Azərbaycan da daxil olmaqla, tərəfdaş-ölkələr üçün faydalıdır. Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia belə deyib.

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir Y.Ostapenko/

Lissabon müqaviləsinə əsasən yaradılmış Avropa Şurasının yeni strukturu yalnız AŞ ölkələri üçün deyil, həmçinin Azərbaycan da daxil olmaqla, tərəfdaş-ölkələr üçün faydalıdır. Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia belə deyib.

"Avropa diplomatiyasının yeni forması konkret dəyişikliklər gətirir. Mən bunun Avropa və Azərbaycan arasındakı praktik əlaqələri asanlaşdıracağına şübhə etmirəm", - Kobia bazar ertəsi Lissabon müqaviləsinin qüvvəyə minməsinə həsr olunmuş təqdimatda deyib.

AŞ strukturlarında islahatı nəzərdə tutan Lissabon müqaviləsini 2007-ci ilin dekabrında Portuqaliyada Avropa Şurası ölkələrinin liderləri imzalayıb.

Kobianın sözlərinə görə, Lissabon müqaviləsi Avropa Şurasının beynəlxalq arenadakı sözünü daha keçərli edir və Azərbaycanla münasibətdə daha əhəmiyyətli və dinamik rol oynamağa imkan verir.

"AŞ sülh məkanı, Qafqazda stabillik və iqtisadi inkişaf yaratmaq istəyir", - səfir deyib.

AŞ-nin hazırkı islahatları, səfirin sözlərinə görə, İttifaqın Azərbaycana qarşı münasibətinə dair siyasətin reallaşdırılmasına yeni təkan verir. Buna Aİ-nin "Şərq Tərəfdaşlığı" misal ola bilər, belə ki, bu proqram Lissabon müqaviləsində nəzərdə tutulan bəndləri özündə əks etdirir.

"Aİ-nın tərəfdaş ölkələrlə bir çox sahələrdə, o cümlədən mütəşəkkil cinayətkarlığa, terrorizm və insan alverinə qarşı mübarizədə daha fəal əməkdaşlıq etməsinə imkan verən yeni perspektivlər yaradılıb", - səfir deyib.

Lissabon müqaviləsi, onun sözlərinə görə, Avropanın tərəfdaş ölkələrə böyük dəstək verməsinə imkan verir.

"Bu bizim siyasi dialoqumuzu zənginləşdirir, o cümlədən əməkdaşlığın qarşılıqlı mənfəətli perspektivlərini müəyyən etməyə və bu əməkdaşlığın daha effektiv yolla inkişaf etdirilməsinə imkan verir", - Kobia deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti