...

Almaniyanın yardımı ilə gürcü-osetin münaqişə zonasında ərazilərin minadan təmizlənməsi layihəsi başa çatır

Siyasət Materials 15 Dekabr 2009 16:18 (UTC +04:00)
Almaniya "Halo Trust" təşkilatına 200 min avro ayırıb.
Almaniyanın yardımı ilə gürcü-osetin münaqişə zonasında ərazilərin minadan təmizlənməsi layihəsi başa çatır

Gürcüstan, Tbilisi, 15 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Almaniya "Halo Trust" təşkilatına 200 min avro ayırıb. Almaniyanın Gürcüstandakı səfiri Patrisiya Flor gürcü-osetin münaqişə zonasında "Halo Trust"-ın həyata keçirdiyi ərazilərin minadan təmizlənməsinə dair layihənin başa çatacağı Pxvenisi kəndinə səfər edib.

Almaniyanın Xarici İşlər Nazirliyi 2008-ci ilin avqust müharibəsi başa çatdıqdan sonra ərazilərin minadan təmizlənməsinə dair işlər üçün 200 min avro ayırıb. Bu məbləğlə "Halo Trust" qeyri-hökumət təşkilatı tərəfindən Gürcüstanda işlərin həyata keçirilməsinə yardım edilib. Səfiri həyata keçirilən layihənin detalları ilə tanış edəcəklər.

İşlər Qori rayonunda aparılıb. Ayrılmış məbləğə 60 detektor və 5 təcili yardım avtomaşını əldə edilib.

Bu layihə Almaniyanın Gürcüstana münaqişənin humanitar nəticələrinin aradan qaldırılması üçün etdiyi yardımın bir hissəsidir.

2008-ci ilin avqustundan bu məbləğ bütövlükdə 10 milyon avro təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti