...

Azərbaycanın müxalifət partiyası ABŞ Konqresinin qərarına etiraz edir

Siyasət Materials 15 Dekabr 2009 17:00 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə yenidən böyük miqdarda maliyyə yardımı ayırmasına etiraz bildirən bəyanat qəbul edib. Bunu Trend News-a AMİP-in mətbuat və informasiya xidmətindən bildiriblər.
Azərbaycanın müxalifət partiyası ABŞ Konqresinin qərarına etiraz edir

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə yenidən böyük miqdarda maliyyə yardımı ayırmasına etiraz bildirən bəyanat qəbul edib. Bunu Trend -a AMİP-in mətbuat və informasiya xidmətindən bildiriblər.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın separatçıları dəstəkləməsi yol verilməzdir və bu addım regionda sülhə və təhlükəsizliyə xələl gətirir.

"Beynəlxalq sülhün qorunmasında Birləşmiş Ştatların göstərdiyi qətiyyəti müsbət qiymətləndirən AMİP, ABŞ-ın Ermənistanın Azərbaycana təcavüzünə ikili standartlarla yanaşmasını, habelə, bəşəriyyətə qarşı ağır cinayətlər törədən, terrorizmi və soyqırımı əsas vasitəyə çevirən separatçı bir rejimə maliyyə yardımı göstərməsini anlamır", - bəyanatda deyilir.

Partiya ABŞ-ı Ermənistanın təcavüzü nəticəsində ərazisinin beşdə birini itirən, 1 milyondan çox qaçqını olan Azərbaycana qarşı ədalətli və obyektiv mövqe sərgiləməyə, eləcə də münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində fəaliyyətini artırmağa çağırır.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti