...

Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib

Siyasət Materials 15 Dekabr 2009 19:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bəhreyn Kralı Şeyx Həməd bin İsa Al Xəlifəni Bəhreyn Krallığının milli bayramı münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bəhreyn Kralı Şeyx Həməd bin İsa Al Xəlifəni Bəhreyn Krallığının milli bayramı münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir", - təbrik məktubunda deyilir.

İlham Əliyev Şeyx Həmədə ən xoş arzularını yetirib, dost Bəhreyn xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti