...

Azərbaycanın müxalifət partiyalarının bloku parlament seçkiləri üçün xüsusi plan hazırlayacaq

Siyasət Materials 16 Dekabr 2009 11:50 (UTC +04:00)
Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu blokun üzvü olan partiya sədri deyib ki, parlament seçkiləri ilə bağlı xüsusi plan və taktika hazırlanacaq.
Azərbaycanın müxalifət partiyalarının bloku parlament seçkiləri üçün xüsusi plan hazırlayacaq

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyalarının bloku parlament seçkiləri üçün xüsusi plan hazırlayacaq.

"Biz seçki prosesini uğurlu başa çatdırmaq üçün taktikamızı da müəyyənləşdirəcəyik. Parlament seçkiləri ilə bağlı xüsusi plan və taktika hazırlanacaq", - çərşənbə günü Trend -a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycan da parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Ali qanunverici orqana bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Əliyevin sözlərinə görə, paralment seçkilərində bloka daxil olan partiyalar başqa müttəfiqləri ilə də iştirak edə bilərlər.

"Hazırda bununla bağlı heç bir müzakirə aparılmır. Düşünürəm ki, bələdiyyə seçkilərindən sonra blokun parlament seçkiləri ilə bağlı hazırlıq imkanları hərtərəfli araşdırılacaq", - partiya sədri əlavə edib.

Onun fikrincə, blok 2005-ci il seçkilərinin nəticələri və bundan sonra müxalifət arasında yaranan narazılıqları da bir daha nəzərə almalıdır.

"Təbii ki, bloka daxil olan digər partiyaların parlament seçkiləri ilə bağlı müxtəlif təklifləri ola bilər. Amma mən düşünürəm ki, bütün narazılıqlara baxmayaraq, müxalifət bu seçkilərdə pərakəndə iştirak etməməlidir. Biz maksimum birliyə nail olmalı və çalışmalıyıq ki, mükəmməl vahid siyahı ilə seçkilərdə iştirak edək", - Əliyev vurğulayıb.

VİP sədri deyib ki, hakimiyyətin imkanları geniş olduğundan, müxalifətin ciddi şəkildə birləşib seçkilərdə iştirakı çox zəruridir. "Əks halda parlament seçkilərində müxalifətin uğur əldə edəcəyinə inanmıram", - o xatırladıb.

"Azadlıq" bloku 2005-ci il parlament seçkiləri ərəfəsi təsis olunub. Blokda Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları təmsil olunurlar. 2005-ci seçkilkərindən sonra Azərbaycan DemokratMüsavat partiyaları bloku tərk ediblər.

Vətəndаş və İnkişаf Pаrtiyаsı 2006-cı ildə təsis оlunub. Həmin vахtı qədər bu pаrtiyаnın üzvləri Аzərbаyаn Milli İstiqlаl Pаrtiyаsındа (АMIP) təmsil оlunublаr. АMIP-də bаş vеrmiş pаrçаlаnmа nəticəsində Əli Əliyеvin tərəfdаrları öz qurultаylаrını kеçirərək VIP-i təsis еdiblər. VIP "Аzаdlıq" siyаsi blоkunun üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti