...

Azərbaycan Ombudsmanı bələdiyyə seçkilərinə hazırlıqla bağlı monitorinqlər keçirir

Siyasət Materials 16 Dekabr 2009 14:45 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, müvəkkilin tapşırığına əsasən, monitorinqlər rayonlar üzrə yerli icra hakimiyyəti orqanları və dairə seçki komissiyaları (DSK) əməkdaşları və seçicilərlə bələdiyyə seçkilərinə hazırlıqla bağlı keçirilir.
Azərbaycan Ombudsmanı bələdiyyə seçkilərinə hazırlıqla bağlı monitorinqlər keçirir

Azərbaycan, Bakı, 16 dekabr / Trend , K.Zərbalıyeva/

Azərbaycan Ombudsman Aparatı regional mərkəzlərinin əməkdaşları bələdiyyə seçkilərinə hazırlıqla bağlı monitorinqlər keçirirlər.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, müvəkkilin tapşırığına əsasən, monitorinqlər rayonlar üzrə yerli icra hakimiyyəti orqanları və dairə seçki komissiyaları (DSK) əməkdaşları və seçicilərlə bələdiyyə seçkilərinə hazırlıqla bağlı keçirilir.

Monitorinqlərdə məqsəd seçici siyahılarının dəqiqləşdirilməsi, məntəqələrin daşınmaz və daşınan seçki qutuları ilə təmin olunması, seçicilərə bildirişlərin göndərilməsi və vətəndaşların şəxsiyyət vəsiqələri ilə təminatı, seçki məntəqələrinin zəruri texniki avadanlıqla təchizatı və ümumi hazırlıq vəziyyətini araşdırmaqdan, seçicilərlə hüquqi maarifləndirmə işinin təşkilindən, seçki hüququnun Seçki Məcəlləsinə uyğun daha səmərəli həyata keçirilməsində onlara yardımçı olmaqdan, seçki prosesində hər bir vətəndaşın fəal iştirakının zəruriliyini izah etməkdən və bununla bağlı onları maraqlandıran sualları cavablandırmaqdan ibarətdir.

Seçki günündə isə Ombudsman təsisatının mərkəzi və regional ofislərinin 39 əməkdaşı ölkə ərazisində seçki prosesini müşahidə edəcək. Onlar artıq rəsmi qeydiyyatdan keçib, lazımi təlimat alıblar.

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti