...

Bakıdakı əyləncə mərkəzlərinin sahibləri Permdə baş verən yanğından nəticə çıxarmalıdır - FHN rəhbəri Kəmaləddin Heydərov

Siyasət Materials 16 Dekabr 2009 16:50 (UTC +04:00)
Bakıdakı əyləncə mərkəzlərinin sahibləri Permdə baş verən yanğından nəticə çıxarmalıdır. Bunu ölkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün jurnalistlərə deyib.
Bakıdakı əyləncə mərkəzlərinin sahibləri Permdə baş verən yanğından nəticə çıxarmalıdır - FHN rəhbəri Kəmaləddin Heydərov

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir M.Əliyev/

Bakıdakı əyləncə mərkəzlərinin sahibləri Permdə baş verən yanğından nəticə çıxarmalıdır. Bunu ölkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün jurnalistlərə deyib.

"Artıq iki ildir ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi pirotexnikanın istifadəsini qadağan edib, lakin bizə bəzilərinin bu qadağalara məhəl qoymadıqları barədə məlumatlar daxil olur", - nazir deyib.

Onun sözlərinə görə, xüsusilə də yanğın çıxışı olmayan zirzəmilərdə pirotexnikanın istifadəsi təhlükəlidir. "Yanğının qarşısının alınmasını ilk növbədə müəssisə rəhbərləri və vətəndaşlar təmin etməlidirlər. Əyləncə mərkəzlərinin sahibləri tez alışan maddələrdən istifadə etməməlidirlər", - nazir deyib.

Bədbəxt hadisə dekabrın 5-də Permdəki "Xromaya loşad" gecə klubunda baş verib. Klub öz 8 illiyini qeyd edirdi. Yanğın nəticəsində 149 nəfər həlak olub. Yanğına səbəb klubun daxilində pirotexnikadan istifadə edilməsi olub. Klubda yanğına qarşı təhlükəsizlik qaydaları pozulub. Yalnız bir çıxış olub ki, yanğın vaxtı klubda olanların özlərini bu çıxışa atmaları nəticəsində basabas olub. Bu vaxt yanğın və tüstü ərazidə kəskin şəkildə yayılıb. Mütəxəssislər insanların ölüm səbəbi kimi yanğından əlavə, tüstüdən zəhərlənməni hesab edirlər.

Xəbər lenti

Xəbər lenti