...

Azərbaycanda bələdiyyə seçkiləri zamanı yanğın təhlükəsizliyi üçün profilaktik tədbirlər görülüb - FHN rəhbəri Kəmaləddin Heydərov

Siyasət Materials 16 Dekabr 2009 16:10 (UTC +04:00)
Bələdiyyə seçkiləri zamanı seçki dairə və məntəqələrində yanğın təhlükəsizliyinin etibarlı təminatı üçün lazımi profilaktik tədbirlər həyata keçirilib. Trend News-un məlumatına görə, bu barədə çərşənbə günü Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı nazir Kəmaləddin Heydərov bildirib.
Azərbaycanda bələdiyyə seçkiləri zamanı yanğın təhlükəsizliyi üçün profilaktik tədbirlər görülüb - FHN rəhbəri Kəmaləddin Heydərov

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir M.Əliyev/

Bələdiyyə seçkiləri zamanı seçki dairə və məntəqələrində yanğın təhlükəsizliyinin etibarlı təminatı üçün lazımi profilaktik tədbirlər həyata keçirilib. Trend -un məlumatına görə, bu barədə çərşənbə günü Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı nazir Kəmaləddin Heydərov bildirib.

"Vətəndaşların yanğın təhlükəsizliyi ilə əlaqədar maarifləndirmə istiqamətində müvafiq işlər görülüb", - Heydərov deyib.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti