...

Azərbaycanda 82 körpü təhlükəsiz istismar qaydalarına cavab vermir - FHN rəhbəri Kəmaləddin Heydərov

Siyasət Materials 16 Dekabr 2009 17:45 (UTC +04:00)
Azərbaycanın avtomobil yollarının texniki vəziyyətinin araşdırlması zamanı təhlükəsiz istismar qaydalarına cavab verməyən bir sıra hallar aşkar edilib. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov çərşənbə günü FHN işçilərinin peşə bayramı üzrə keçirilən tədbirdəki çıxışı zamanı bildirib.
Azərbaycanda 82 körpü təhlükəsiz istismar qaydalarına cavab vermir - FHN rəhbəri Kəmaləddin Heydərov

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın avtomobil yollarının texniki vəziyyətinin araşdırlması zamanı təhlükəsiz istismar qaydalarına cavab verməyən bir sıra hallar aşkar edilib. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov çərşənbə günü FHN işçilərinin peşə bayramı üzrə keçirilən tədbirdəki çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 27 inzibati rayondakı 82 körpüdə təhlükəsiz hərəkəti təmin etmək üçün müvafiq orqanlara müraciət göndərilib.

2009-cu ilin ötən dövrü ərzində mümkün qəzaların və bədbəxt hadisələrin qarşısının alınması üzrə dövlət nəzarətinin təmin edilməsi, əhalinin və ətraf mühitin qorunması məqsədilə 4014 müəssisədə 26 212 qurğu və digər avadanlıqlar yoxlanılıb və 12 464 pozuntu halı aşkarlanıb.

"İstismar qaydalarına riayət edilməsi məqsədilə 1943 müraciət olunub, 610 qurğunun və digər avadanlıqların istismarı qüsurlar aradan qaldırılanadək müvəqqəti olaraq dayandırılıb. 8459 pozuntu halı aradan qaldırılıb", - Heydərov deyib.

Bundan əlavə, nazirin sözlərinə görə, tarixi və mədəni abidə olan 370 obyektdə və 10 turizm mərkəzində 600-dək texniki yanğın və inşaat normalarının pozulması halı aşkar edilərək, müvafiq orqanlara müraciət göndərilib.

Xəbər lenti

Xəbər lenti