...

Heydər Əliyev Fondu Moskvadakı kimsəsiz uşaqlar üçün bayram təşkil edib

Siyasət Materials 16 Dekabr 2009 19:19 (UTC +04:00)
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskva şəhərinin uşaq evləri və internatlarından olan kimsəsiz uşaqlar üçün yeni il bayramı təşkil edib. Bayram tədbiri nümayəndəliyin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilib.
Heydər Əliyev Fondu Moskvadakı kimsəsiz uşaqlar üçün bayram təşkil edib

Rusiya, Moskva,16 dekabr / Trend , müxbir İ.Bragina/

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskva şəhərinin uşaq evləri və internatlarından olan kimsəsiz uşaqlar üçün yeni il bayramı təşkil edib. Bayram tədbiri nümayəndəliyin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Nemət Nağdəliyev deyib ki, Moskvanın "Bakı" kinoteatrındakı bayram tədbirlərinə paytaxtın təxminən 20 uşaq evləri və internatlarından 600-ə yaxın uşaq dəvət edilib. Bundan əlavə, bayrama Moskvadakı 157 saylı məktəbin şagirdləri də dəvət olunublar.

Proqramı Şaxta Baba ilə Qar Qız və onların köməkçiləri açıb. Onların rolunda Obraztsov adına Dövlət Akademik Kukla Teatrının artistləri çıxış edib. Sonra uşaqlara nağıllar əsasında teatr göstərilib. Sonda isə onları şirin yeni il hədiyyələri gözləyib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva regional şöbəsinə və şəxsən onun rəhbəri İlqar Hacıyevə kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyasının keçirilməsində "Bakı" kinoteatrından istifadə etmək imkanı yaratdığına görə təşəkkür edib.

Lakin Heydər Əliyev Fondunun nümayəndəliyinin yeni il hədiyyələri bununla bitmir. Nemət Nağdəliyevin sözlərinə görə, Moskvanın şərqində yerləşən 1 saylı xüsusi uşaq evində inkişafdan qalmış uşaqlara da yeni il hədiyyələrinin verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti