...

Tanınmamış Dağlıq Qarabağa maddi yardım ayırmaqla ABŞ Konqresi özünü tənqid hədəfinə çevirir – LİNKS-in rəhbəri Dennis Sammit

Siyasət Materials 18 Dekabr 2009 11:02 (UTC +04:00)
Birləşmiş Ştatların Dağlıq Qarabağ seperatçı regionunun əhalisinə humanitar yardım ayırması siyasiləşdirilib, ABŞ Konqresi isə bu hərəkətlə özünü tənqid hədəfinə çevirib, Britaniya Qeyri-Hökümət Təşkilatı LİNKS-in direktoru Dennis Sammit hesab edir.
Tanınmamış Dağlıq Qarabağa maddi yardım ayırmaqla ABŞ Konqresi özünü tənqid hədəfinə çevirir – LİNKS-in rəhbəri Dennis Sammit

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir Y.Ostapenko/

Birləşmiş Ştatların Dağlıq Qarabağ seperatçı regionunun əhalisinə humanitar yardım ayırması siyasiləşdirilib, ABŞ Konqresi isə bu hərəkətlə özünü tənqid hədəfinə çevirib, Britaniya Qeyri-Hökümət Təşkilatı LİNKS-in direktoru Dennis Sammit hesab edir.

"Buna görə də Dağlıq Qarabağ problemi həll edilməyənə qədər bütün tanınmamış ərazilərə maliyyə yardımının ayrılması, həmin vəsaitin istifadəsi ilə bağlı dəqiq göstərişlər və şəffaflıq qorunmaqla olmalıdır", - Sammit elektron poçt vasitəsilə Trend -a deyib.

ABŞ Konqresi Senat və Nümayəndələr Palatasının 2010-cu maliyyə ili üçün yardımlara dair qanun layihəsini təsdiqləyib və buna əsasən, Dağlıq Qarabağa yardım göstərmək üçün 8 milyon dollar ayrılacaq. Bundan əlavə, Qarabağda proqram həyata keçirmək üçün istənilən məhdudiyyətlər götürülüb.

ABŞ seperatçı Dağlıq Qarabağ əhalisinə artıq 10 ildən artıqdır ki, böyük maliyyə yardımı ayırır, lakin bu o demək deyil ki, Birləşmiş Ştatlar gələcəkdə onun müstəqilliyini mütləq tanımaq niyyətindədir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Sammitin sözlərinə görə, məsələ özü özünü dövlət elan edən tanınmamış dövlətlərə qarşı hansı siyasət yeritməkdədir, bu, bu vaxta qədər beynəlxalq ictimaiyətdə müzakirə predmeti olaraq qalır.

"Məhrumetmə siyasətini təçrübədən keçirmək həmişə çətindir, bütün hallarda bu cür siyasət qeyri-effektiv olduğunu sübut edib. Bu yalnız Dağlıq Qarabağ üçün deyil, həmçinin Abxaziya və Cənubi Osetiya, o cümlədən digər analoji vəziyyətlər üçün də aktualdır", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti