...

Bələdiyyə seçkiləri günü Bakıda elektrik enerjisinin təchizatı ilə bağlı problem olmayacaq

Siyasət Materials 17 Dekabr 2009 14:15 (UTC +04:00)
Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri günü "Bakıelektrikşəbəkə" (Bakıya elektrik enerjisinin paylanması üzrə) SC gücləndirilmiş iş rejimində işləyəcək, cümə axşamı SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Bələdiyyə seçkiləri günü Bakıda elektrik enerjisinin təchizatı ilə bağlı problem olmayacaq

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir E. İsmayılov/

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri günü "Bakıelektrikşəbəkə" (Bakıya elektrik enerjisinin paylanması üzrə) SC gücləndirilmiş iş rejimində işləyəcək, cümə axşamı SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

"Hazırda şəhərdə elektrik enerjisinin təchizatı ilə bağlı problem müşahidə olunmur, seçkilər günü də olmayacaq. Dekabrın 23-də iş gücləndirilmiş rejimdə aparılacaq", - Mustafayev detyib.

Mustafayevin sözlərinə görə, seçki məntəqələrinə gedən kabellər və bütün energetika infrastrukturu yoxlanılıb. Hər şey hazır vəziyyətə gətirilib və seçki günü elektrik enerjisi təchizatında problem olmayacaq. Dekabrın 23-24-də SC bayram günlərində olduğu kimi, gücləndirilmiş iş rejimində işləyəcək. Seçkilər günü vəziyyəti nəzarətdə saxlamaq üçün növbə təşkil ediləcək.

Azərbaycanda bələdiyyə seçkikləri dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 nəfər üzv seçiləcəyi nəzərdə tutulub.

Azərbaycanda bələdiyyə üzvlüyünə təxminən 32 min namizəd qeydiyyatdan keçib. Həmçinin 18 siyasi partiyadan da namizədlər qeydiyyata alınıb. Bütövlükdə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Əvvəllər yerli idarəetmə orqanlarına seçkilər iki dəfə 1999 və 2004-cü illərdə keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti