...

Gürcü yeniyetmələr bu gün azad edilməyəcəklər - AŞ komissarı Tomas Hammarberq

Siyasət Materials 17 Dekabr 2009 20:13 (UTC +04:00)
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq Cənubi Osetiya sərhədini keçib və artıq Sxinvalidədir.
Gürcü yeniyetmələr bu gün azad edilməyəcəklər - AŞ komissarı Tomas Hammarberq

Gürcüstan, Tbilisi, 17 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq Cənubi Osetiya sərhədini keçib və artıq Sxinvalidədir. Hammarberq inzibati sərhəddə onu gözləyən iki gürcü yeniyetmənin yaxınları və valideynləri ilə söhbətində deyib ki, o, artıq bu gün Sxinvali ilə telefon əlaqəsi yaradıb, lakin oradakı həbsxanada olan yeniyetmələr bu gün azad edilməyəcək.

"Lakin mən bu məsələni həll etməyincə Gürcüstanı tərk etmək niyyətində deyiləm", - AŞ komissarı bildirib.

Hammarberq artıq ayın əvvəlində vasitəçi rolu oynayaraq iki gürcü yeniyetməni 5 nəfər osetinlə dəyişdirmişdi. Bundan sonra Osetiya hökuməti ona, qalan iki nəfər yeniyetmənin dekabrın 13-də azad ediləcəyinə dair söz vermişdi.

Lakin buna baxmayaraq 17 yaşlı Levan Xmiadaşvili və 16 yaşlı Viktor Buçukuri hələ də həbsdədirlər.

Qeyri-rəsmi məlumata görə, Sxinvali 14 gürcünü Gürcüstan həbsxanalarında olan 40 nəfər osetinə dəyişməyə hazırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti