...

AŞ PA Monitorinq Komitəsində həmməruzəçilərin Azərbaycana səfəri müzakirə olunub - vitse-prezident

Siyasət Materials 17 Dekabr 2009 17:43 (UTC +04:00)
"Monitorinq Komitəsinin bu gün keçirilən iclasında həmməruzəçilərin Azərbaycana gələn ilin fevral ayında səfər etməsi təsdiqlənib", - cümə axşamı Trend News-a telefonla AŞPA-nın vitse-prezidenti, Azərbaycan Parlamentinin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
AŞ PA Monitorinq Komitəsində həmməruzəçilərin Azərbaycana səfəri müzakirə olunub - vitse-prezident

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir A.Hüseynbala/

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində həmməruzəçilərin Azərbaycana səfəri müzakirə olunub.

"Monitorinq Komitəsinin bu gün keçirilən iclasında həmməruzəçilərin Azərbaycana gələn ilin fevral ayında səfər etməsi təsdiqlənib", - cümə axşamı Trend -a telefonla AŞPA-nın vitse-prezidenti, Azərbaycan Parlamentinin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Seyidovun sözlərinə görə, artıq AŞPA-nın qış sessiyasının gündəliyi də məlumdur. "Həmməruzəçilər fevral ayında səfərə gələcəklərinə görə, assambleyanın qış sessiyasının gündəliyinə heç bir məsələ daxil edilməyib. Buna baxmayaraq, Azərbaycan parlamentariləri bütün məsələlərin müzakirəsində həmişəki kimi fəal iştirak edəcəklər", - millət vəkili əlavə edib.

Maltadan olan deputat Cozef Debon Monitorinq Komitəsinin noyabr ayında keçirilən iclasında Azərbaycan üzrə yeni məruzəçi təyin olunub. Digər məruzəçi Andres Herkeldir. Qrextin sələfi Yevgeniya Jivkova bu ilin iyun ayında tutduğu vəzifədən istefa verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti