...

Azərbaycan Parlamentinin nümayəndələri İslam Konfransı Təşkilatının Parlament İttifaqının iclasında iştirak edəcəklər

Siyasət Materials 18 Dekabr 2009 10:36 (UTC +04:00)
"Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Gövhər Baxşəliyeva İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin Parlament İttifaqının iclaslarında iştirak etmək üçün bu gün Misirin paytaxtı Qahirəyə səfərə yola düşəcəklər", - cümə günü Trend News-a Parlamentin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin nümayəndələri İslam Konfransı Təşkilatının Parlament İttifaqının iclasında iştirak edəcəklər

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin nümayəndələri İslam Konfransı Təşkilatının Parlament İttifaqının iclasında iştirak edəcəklər.

"Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Gövhər Baxşəliyeva İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin Parlament İttifaqının iclaslarında iştirak etmək üçün bu gün Misirin paytaxtı Qahirəyə səfərə yola düşəcəklər", - cümə günü Trend -a Parlamentin mətbuat xidmətindən bildirilib.

Tədbirdə öncə ekspertlərin görüşü olacaq, sonra müzakirələr Misir Parlamentinin spikeri Əhməd Fəthi Sorurun sədrliyi ilə parlament rəhbərləri səviyyəsində davam etdiriləcək: "Hər iki iclasda İslam Konfransı Təşkilatı Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıcın məruzəsi dinləniləcək. Ekspertlər tərəfindən Əlcəzair və Qahirə görüşlərində irəli sürülmüş təkliflər nəzərə alınmaqla İKT Pİ-nin Nizamnaməsi və qaydalar üzrə məruzə ətrafında ümumi müzakirələr aparılacaq. Qurumun təşkilati sənədlərinə yenidən baxılması yolu ilə İttifaqda islahatların aparılması üçün plan tərtib ediləcək", - məlumatda qeyd edilir.

Dekabrın 22-dək davam edəcək səfər zamanı Azərbaycan Parlamentinin təmsilçiləri müzakirə olunan məsələlərə dair ölkəmizin mövqeyini bildirəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti