...

Azərbaycanda qanunsuz yaşayan 598 əcnəbi deportasiya olunub - DIN

Siyasət Materials 18 Dekabr 2009 13:06 (UTC +04:00)
Onun sözlərinə görə, deportasiya edilən əcnəbilərdən 135-i Dövlət Miqrasiya Xidməti, 318-i Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsi, 28-i Penitensiar Xidmət, 104-ü polis orqanları, 14-ü Milli Təhlükəsizlik Nazirliyi, 14-ü digər dövlət orqanları tərəfindən müəyyən edilib.
Azərbaycanda qanunsuz yaşayan 598 əcnəbi deportasiya olunub - DIN

Azərbaycan, Bakı, 18 dekabr / Trend , K.Zərbalıyeva/

Bu il Azərbaycanda qanunsuz yaşayan 598 əcnəbi deportasiya olunub, Trend -un məlumatına görə, bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsinin şöbə rəisi Yaşar Ağayev bildirib.

Onun sözlərinə görə, deportasiya edilən əcnəbilərdən 135-i Dövlət Miqrasiya Xidməti, 318-i Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsi, 28-i Penitensiar Xidmət, 104-ü polis orqanları, 14-ü Milli Təhlükəsizlik Nazirliyi, 14-ü digər dövlət orqanları tərəfindən müəyyən edilib.

Ölkədən çıxarılan qanunsuz miqrantların 329-u Pakistan, 80-i Çin, 20-si Əfqanstan, 26-sı İran, 43-ü Türkiyə, 21-i Türkmənistan, 20-si Gürcüstan, 20-si Banqladeş və digər ölkə vətəndaşlarıdır.

Ağayev bildirib ki, ötən illərlə müqayisədə deportasiya olunanların sayı iki dəfə azalıb. Ötən il ölkədən 972 nəfər deportasiya olunub. Deportasiya olunanlar vizalarının müddətinin başa çatması, qalma müddətlərinin pozulması, qeydiyyat üzrə yaşamamaları, fərdi icazənin olamaması səbəbilə ölkədən çıxarılıb.

Şöbə rəisinin sözlərinə görə, bu il qeyri-qanuni miqrantların sayı azalıb. O, bunun səbəbini "vahid pəncərə" prinsipiİnin tətbiqi ilə əlaqədar olaraq sənədləşdirmə zamanı yaranan problemlərin aradan qaldırılması ilə əlaqələndirib.

DİN-in rəsmisi deyib ki, Azərbaycan vətəndaşları isə daha çox İsveç, Norveç, ABŞ, Hollandiya və Almaniyadan deportasiya olunub. Ağayev ötən illə müqayisədə onların sayının azaldığını və bir neçə nəfər təşkil etdiyini deyib.

Onun sözlərinə görə, azərbaycanlılar isə qeydiyyata alınmamaları, müvafiq icazənin olmaması və viza rejimini pozduqları üçün deportasiya olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti