...

Azərbaycanda cinayət törədən Gürcüstan vətəndaşı Türkiyədə tutulub

Siyasət Materials 18 Dekabr 2009 14:12 (UTC +04:00)
Əhmədova Azərbaycan Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir.
Azərbaycanda cinayət törədən Gürcüstan vətəndaşı Türkiyədə tutulub

Azərbaycan, Bakı, 18 dekabr / Trend , K.Zərbalıyeva/

Azərbaycanda cinayət törədən Gürcüstan vətəndaşı Türkiyədə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Rainə Əhmədova Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşları tərəfindən Türkiyədə tutulub.

Onun ekstradisiyası üçün tədbirlər görülür. Əhmədova Azərbaycan Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti