...

Kutaisinin keçmiş meri şəhərdə Azadlıq abidəsinin götürülməməsi tələbi ilə imza toplamağa başlayıb

Siyasət Materials 18 Dekabr 2009 20:31 (UTC +04:00)
"Ağlar" Siyasi Birliyi Kutaisidə müəlifi heykəltaraş Merab Berdzenişvili olan Azadlıq abidəsinin sökülməməsi tələbi ilə imza toplamağa başlayıb.
Kutaisinin keçmiş meri şəhərdə Azadlıq abidəsinin götürülməməsi tələbi ilə imza toplamağa başlayıb

Gürcüstan, Tbilisi, 18 dekabr / Trend , müxbir N.Kirsxaliya/

"Ağlar" Siyasi Birliyi Kutaisidə müəlifi heykəltaraş Merab Berdzenişvili olan Azadlıq abidəsinin sökülməməsi tələbi ilə imza toplamağa başlayıb. "Ağlar"ın lideri Kutaisinin keçmiş meri Temur Şaşiaşvili bu məqsədlə Tbisidəki Kino Evində ictimaiyyətlə, müxalifət partiyalarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib.

Şaşiaşvili bir daha hökumətin abidənin götürülməsinə dair qərarını "milli vandalizm" adlandırıb. Onun sözlərinə görə, bu fakt bir daha sübut edir ki, başda hər şeyi, o cümlədən biznes və telemedianı qəsb edən "qara qüvvələr" oturub.

"Bizə məlum olub ki, Markopinin yaxınlığında, kilsə ilə yanaşı zibilxana salmağa hazırlaşırlar. Nə qədər də təəccüblü səslənsə də, kilsəni yıxan insanlar ən "başgicəlləndirici" karyera yaradırlar", - Şaşiaşvili deyib.

Tanınmış rejissor Qiqa Lordkipanidze də öz mövqeyini bildirib. O, ölkəni və dövləti xilas etmək üçün xalqı birliyə çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti