...

Gürcüstan Parlamenti Belarusdakı səfiri təsdiq edib

Siyasət Materials 18 Dekabr 2009 20:47 (UTC +04:00)
Parlament bu gün Georgi Çxeidzeni Gürcüstanın Belarusdakı səfiri kimi təsdiq edib.
Gürcüstan Parlamenti Belarusdakı səfiri təsdiq edib

Gürcüstan, Tbilisi, 18 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Parlament bu gün Georgi Çxeidzeni Gürcüstanın Belarusdakı səfiri kimi təsdiq edib.

İxtisasca jurnalist olan Çxeidze bir neçə MDB ölkəsində işləyərək diplomatik təcrübə qazanıb. O, xüsusilə Gürcüstanın Moskvadakı səfirliyində işləyib. Özbəkistan və Tacikistanda fövqəladə və səlahiyyətli səfir olub. Son zamanlara qədər Gürcüstan XİN-in MDB dövlətləri üzrə departamentinin direktoru vəzifəsində çalışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti