...

Azərbaycanın XİN rəhbərinin Qətərə səfəri 2010-cu ilin əvvəlinə nəzərdə tutulub

Siyasət Materials 18 Dekabr 2009 20:43 (UTC +04:00)
2010-cu ilin yanvarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qətərə səfəri planlaşdırılır.
Azərbaycanın XİN rəhbərinin Qətərə səfəri 2010-cu ilin əvvəlinə nəzərdə tutulub

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir Ü.Sadıxova/

2010-cu ilin əvvəllərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qətərə səfəri planlaşdırılır. Bu barədə XİN-dəki mənbə cümə günü deyib. Səfərin dəqiq tarixi məlum deyil.

Əvvəllər səfər noyabrın sonuna planlaşdırılmışdı, lakin zəvvarlıq mövsümü - həcc və Qurban bayramı ilə əlaqədar olaraq səfər Qətər tərəfinin xahişi ilə təxirə salınmışdı.

Səfər zamanı Azərbaycan və Qətər arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlığın perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti