...

Ermənistan konstitusiyasında dəyilşikliklərin edilməsi ölkənin beynəlxalq imicinə ciddi zərbədir – türkiyəli analitik

Siyasət Materials 19 Dekabr 2009 13:40 (UTC +04:00)
Ermənistanın konstitusiyaya dəyişikliklər etmək niyyəti Yerevanın beynəlxalq imicinə ciddi zərbədir. Bunu şənbə günü Bakıda jurnalistlərlə görüşdə türkiyəli analitik Süleyman Gündüz deyib.
Ermənistan konstitusiyasında dəyilşikliklərin edilməsi ölkənin beynəlxalq imicinə ciddi zərbədir – türkiyəli analitik

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Ermənistanın konstitusiyaya dəyişikliklər etmək niyyəti Yerevanın beynəlxalq imicinə ciddi zərbədir. Bunu şənbə günü Bakıda jurnalistlərlə görüşdə türkiyəli analitik Süleyman Gündüz deyib.

Ermənistan Prezidenti Serj Sarkisyanın tapşırığı ilə beynəlxalq müqavilələr haqqında qanunvericiliyə ölkənin imzasının geri götürülması imkanlarını nəzərdə tutan düzəlişlər hazırlanır.

Türkiyəli analitik Gündüz deyib ki, hər hansı bir protokolun imzalanmasından sonra ondan geri çəkilmək yolverilməzdir.

"Əgər Ermənistanda bu baş verərsə, bu onu sübut edir ki, Yerevan regionda sülhün tərəfdarı deyil", - Gündüz deyib.

Dekabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri Sürixdə Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar. İki ölkə arasındakı diplomatik münasıbətlər 1993-cü ildən kəsilib.

Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın tanınmamış "erməni soyqırımı"nın tanınması iddiası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirilməsi olub.

Xəbər lenti

Xəbər lenti