...

Azərbaycanın vitse-spikeri ölkədə bələdiyyə seçkisi öncəsi vəziyyəti müsbət qiymətləndirib

Siyasət Materials 21 Dekabr 2009 11:37 (UTC +04:00)
"Seçkiyə hazırlığı yüksək dəyərləndirirəm. Bələdiyyələrə namizədlərin təşviqat kampaniyası zamanı qanunvericilikdə nəzərdə tutulan bütün imkanlar yaradıldı", - Trend News-un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə vitse-spiker Bahar Muradova deyib.
Azərbaycanın vitse-spikeri ölkədə bələdiyyə seçkisi öncəsi vəziyyəti müsbət qiymətləndirib

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın vitse-spikeri ölkədə bələdiyyə seçkisi öncəsi vəziyyəti müsbət qiymətləndirib.

"Seçkiyə hazırlığı yüksək dəyərləndirirəm. Bələdiyyələrə namizədlərin təşviqat kampaniyası zamanı qanunvericilikdə nəzərdə tutulan bütün imkanlar yaradıldı", -  Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə vitse-spiker Bahar Muradova deyib.

Muradova seçkilərin şəffaf, azad və demokratik keçəcəyinə inandığını bildirib.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti