...

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqdir - vitse-spiker

Siyasət Materials 21 Dekabr 2009 12:01 (UTC +04:00)
Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiq ölkə olduğunu artıq çox qısa bir zamanda sübut edib və bu gün demək olar ki, bütün qanunvericilik Avropa standartlarına tam uyğundur, Trend News-un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə vitse-spiker Bahar Muradova deyib.
Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqdir - vitse-spiker

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir A.Hüseynbala/

"Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiq ölkə olduğunu artıq çox qısa bir zamanda sübut edib və bu gün demək olar ki, bütün qanunvericilik Avropa standartlarına tam uyğundur", - Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə vitse-spiker Bahar Muradova deyib.

Azərbaycan Avropa Şurasına 2001-ci il yanvarın 25-də üzv qəbul edilib. Azərbaycan quruma üzv olarkən bəzi öhtəliklər götürülüb.

Muradova deyib ki, bəzi öhdəliklərin yerinə yetirilməməsi isə ölkədəki mövcud durumla bağlıdır.

"Alternativ-xidmət haqqında" qanun layihəsinin indiyədək qəbul olunmamasının başlıca səbəbi Azərbaycanının müharibə şəraitində olmasıdır. Buna baxmayaraq, Azərbaycan vətəndaşlarının hərbi xidmət keçməsi ilə bağlı mövcud qanunvericilik dövrün reallıqlarına tam uyğun gəlir", - Muradova əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti