...

Aİ-nin Azərbaycana dair sonuncu qətnaməsi ikili standartların tətbiqinə sübutdur - Azərbaycan XİN

Siyasət Materials 21 Dekabr 2009 13:30 (UTC +04:00)
Avropa Parlamenti sonuncu qətnamənin qəbulu edilməsi ilə Qərbdə Azərbaycanla bağlı ikili standartların mövcud olduğunu bir daha sübut edib, ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Elxan Poluxov Trend News-a deyib.
Aİ-nin Azərbaycana dair sonuncu qətnaməsi ikili standartların tətbiqinə sübutdur - Azərbaycan XİN

Azərbaycan, Bakı. 21 dekabr/ Trend , müxbir E.Tariveridyeva/

Avropa Parlamenti sonuncu qətnamənin qəbulu edilməsi ilə Qərbdə Azərbaycanla bağlı ikili standartların mövcud olduğunu bir daha sübut edib, ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a deyib.

"Belə addım ölkənin məhkəmə sisteminin müstəqilliyini, ədalətliliyini və qərəzsizliyini sual altına qoyan, məhkəmələrin qərar qəbul edilməsi prosesinə dolayısı yol ilə təzyiq edən addım kimi qiymətləndirilə bilər", - Poluxov sənədə şərh verərək deyib.

Avropa Parlamentinin deputatları Azərbaycanda azad mətbuatın vəzyyətinin pisləşməsindən narahatdırlar, müxalifətçi jurnalistlərin müxtəlif ittihamlar üzrə həbs praktikasını, ittiham edilmələrini və məhkəmə araşdırmalarını mənfi qiymətləndirirlər, Avropa Parlamentinin dekabrın 17-də təşkilatın rəsmi saytında dərc edilən qətnaməsində deyilir.

Poluxovun sözlərinə görə, baxmayaraq ki, qətnamədə göstərilən bütün məhkəmə qərarları ilə bağlı ölkə və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş apelyasiya mexanizmləri istifadə oluna bilinər, bunu nəzərə almadan Avropa Parlamenti təəccüb doğuran qətnamə qəbul edərək əsassız çağırışlar edib.

"Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin regionun digər ölkələrdən heç də fərqli olmaması və bir sıra müsbət göstəricilərə görə hətta irəlidə olmasına baxmayaraq, məhz bizim ölkə bu məsələdə daha çox tənqidlə rastlaşır, bu da sual doğurur", - o deyib.

"Maraqlıdır ki, son zamanlar bir sıra Avropa institutları Azərbaycana dair ikili standartların istifadəsində məşhurlaşıb və belə yanaşma hətta yerli KİV-in nəzərindən də yan keçməyib", - o qeyd edib.

"Elə sizin agentliyin səhifələrində bu yaxınlarda ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Xaraştinin Cənubi Qafqaz respublikaları üzrə söz azadlığı sahəsində verdiyi tənqidedici bəyanatlarda Azərbaycana xüsusi yer verildiyi qeyd olunmuş və belə fərqlənməyə əsas olmadığı sübut edilmişdir", - Poluxov deyib.

Onun sözlərinə görə, bu da Azərbaycanla bağlı ikili standartların mövcudluğunu bir daha sübut edir.

Xəbər lenti

Xəbər lenti