...

Azərbycan Parlamenti ABŞ Konqresinə göndərilən müraciətə müsbət cavab veriləcəyinə inanır

Siyasət Materials 21 Dekabr 2009 14:54 (UTC +04:00)
Azərbaycan Parlamenti sədrinin müavini deyib ki, ABŞ Prezidenti mövcud imkanlardan istifadə edərək Dağlıq Qarabağın erməni icmasına yardım ayrılmasına veto qoyarsa, bu addım müsbət qarşılanacaq.
Azərbycan Parlamenti ABŞ Konqresinə göndərilən müraciətə müsbət cavab veriləcəyinə inanır

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbycan Parlamenti ABŞ Konqresinə göndərilən müraciətə müsbət cavab veriləcəyinə inanır.

"Azərbaycanın rəsmi mövqeyi bəllidir, Parlament də öz mövqeyini açıqlayıb. Biz qarşı tərəfdən cavab gözləyirik. Bundan sonra atacağımız növbəti addımların nədən ibarət olacağını müəyyənləşdirə bilərik. ABŞ Prezidenti mövcud imkanlardan istifadə edərək Dağlıq Qarabağın erməni icmasına yardım ayrılmasına veto qoyarsa, bu addım müsbət qarşılanacaq", - bazar ertəsi Trend -a Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

ABŞ Konqresi SenatNümayəndələr Palatasının 2010-cu maliyyə ili üçün yardımlara dair qanun layihəsini təsdiqləyib və buna əsasən, Dağlıq Qarabağa yardım göstərmək üçün 8 milyon dollar ayrılacaq. Bundan əlavə, Qarabağda proqram həyata keçirmək üçün istənilən məhdudiyyətlər götürülüb.

Azərbaycan Parlamenti dekabrın 15-də ABŞ Konqresinin qərarına etiraz olaraq Barak Obamaya və Konqresə müraciət qəbul edib.

Muradovanın sözlərinə görə, Azərbaycan Parlamenti nümayəndə heyətinin Konqres üzvləri ilə görüşmə ehtimalı da mümkündür.

" Azərbaycan ABŞ-ın strateji müttəfiqidir, bir çox sahələrdə bizim olduqca uğurlu fəaliyyətimiz var. Biz niyə bu istqanmətdə də əməkdaşlıq etməyək? Biz həm Konqres, həm Prezident Administrasiyası, həm Barak Obama, həm də ABŞ ictimaiyyəti ilə bir sıra istiqamətdə işləri davam etdirməliyik", - vitse-spiker əlavə edib.

Onun fikrincə, fəaliyyətimiz daimi olmalıdır. "Bəzən ən yaxın müttəfiqin də birdən ağlagəlməz addımına rast gəlirsən. Ona görə Azərbaycan sayıqlığını itirməməli və həqiqətlərimizin dünyada doğru qəbul olunması istiqamətində səylərini davam etdirməlidir. Dünyada ədaləti, sülhü, əmin-amanlığı hədəf seçən bir ölkənin ədalətli mövqeyini gözləməkdə biz də haqlıyıq", - Muradova vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupu nun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti