...

Daha bir Rusiya hərbçisi Gürcüstana qaçıb

Siyasət Materials 21 Dekabr 2009 17:58 (UTC +04:00)
Daha bir rusiyalı hərbçi Perevi kəndində Rusiya qoşunlarının tutduğu mövqeyi tərk edib və Gürcüstan tərəfinə keçib. Perevi artıq bir ildən çoxdur ki Rusiya qoşunları tərəfindən tutulub.
Daha bir Rusiya hərbçisi Gürcüstana qaçıb

Gürcüstan, Tbilisi, 21 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Daha bir rusiyalı hərbçi Perevi kəndində Rusiya qoşunlarının tutduğu mövqeyi tərk edib və Gürcüstan tərəfinə keçib. Perevi artıq bir ildən çoxdur ki Rusiya qoşunları tərəfindən tutulub.

Bu artıq Perevidə yerləşən hərbi bölmədən Rusiya hərbçisinin qaçdığı ikinci aktdır. Əvvəlcə Dmitri Artyomov, bundan öncə isə Sxinvalidən Aleksandr Qluxov qaçmışdı.

Onlar Gürcüstanda sığınacaq tapıblar.

Rusiya hərbçisinin deyib ki, o, bölmədə dözülməz şərait üzündən qaçıb. Hazırda o, Gürcüstanın Qaçqınlar və Yerləşdirmə üzrə Nazirliyindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti