...

Bələdiyyə seçkilərinə hazırlıq zamanı müxalifətdən problemlərlə bağlı müraciət daxil olmayıb – Azərbaycanın MSK sədri

Siyasət Materials 22 Dekabr 2009 15:39 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyasına müxalifət partiyalarından bələdiyyə seçkilərinə hazırlıq zamanı problemlərlə bağlı müraciət daxil olmayıb.
Bələdiyyə seçkilərinə hazırlıq zamanı müxalifətdən problemlərlə bağlı müraciət daxil olmayıb – Azərbaycanın MSK sədri

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyasına müxalifət partiyalarından bələdiyyə seçkilərinə hazırlıq zamanı problemlərlə bağlı müraciət daxil olmayıb.

"Bizə namizədliyin irəli sürülməsi ilə əlaqədar 76 nəfərdən şikayət daxil olub, 60 şikayət üzrə müsbət qərar qəbul edilib və onların namizədliyi qeydə alınıb", - MSK sədri Məzahir Pənahov çərşənbə axşamı jurnalistlərə deyib.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Azərbaycanda bələdiyyə seçkiləri 23 dekabr 2009-cu il tarixində keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulub.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti