...

Rusiya Azərbaycan ilə yaxşı qonşuluq və qarşılıqlı səmərəli əlaqələrin davam edəcəyinə inanır - Svetlana Orlova

Siyasət Materials 22 Dekabr 2009 16:52 (UTC +04:00)
"Biz Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlıq üzrə komissiya tərəfindən aparılan işdən məmnunuq. Biz müxtəlif sahələrdə əməkdaşlığımızın bir çox məsələləri üzrə xeyli irəliləmişik", - Orlova çərşənbə axşamı Bakıda komissiyanın növbəti iclasının yekunları üzrə təşkil edilən mətbuat konfransında deyib.
Rusiya Azərbaycan ilə yaxşı qonşuluq və qarşılıqlı səmərəli əlaqələrin davam edəcəyinə inanır - Svetlana Orlova

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Rusiya Azərbaycan ilə yaxşı qonşuluq və qarşılıqlı səmərəli əlaqələrin davam edəcəyinə inanır. Bunu RF Federasiya Şurasının vitse-spikeri Svetlana Orlova deyib.

"Biz Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlıq üzrə komissiya tərəfindən aparılan işdən məmnunuq. Biz müxtəlif sahələrdə əməkdaşlığımızın bir çox məsələləri üzrə xeyli irəliləmişik", - Orlova çərşənbə axşamı Bakıda komissiyanın növbəti iclasının yekunları üzrə təşkil edilən mətbuat konfransında deyib.

"Son vaxtlar iki ölkə arasında humanitar sahədə qarşılıqlı əlaqələr inkişaf edib. Bakıda MDU-nin filialı açılıb, iki ölkənin gənc nümayəndələri sıx əməkdaşlıq edir", - o deyib.

Onun sözlərinə görə, iki ölkə prezidentləri İlham Əliyev və Dmitri Medvedyev "yalnız həmkar deyil, həm də dostdurlar və ən çətin məsələlərdə bir-birilərinə kömək etməyə çalışırlar. Biz bu cür əlaqələrin davam edəcəyinə inanırıq".

"Biz miqrasiya məsələləri ilə görüşdən-görüşə deyil, hər gün məşğul olan komissiya yaradırıq", - deyə vitse-spiker qeyd edib.

"Komissiyanın növbəti iclası Rusiya regionlarından birində keçiriləcək", - Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə mətbuat konfransında deyib.

"Parlamet digərlərindən daha açıq və demokratik strukturdur. Ona görə də biz miqrasiya kimi ən problemli məsələləri qoymaqda haqlıyıq. Bu problemlərin həlli üçün xüsusi komissiya yaradılıb", - Rəhimzadə deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti