...

Zurab Noqaideli yenidən Moskvaya gedir

Siyasət Materials 22 Dekabr 2009 20:22 (UTC +04:00)
Gürcüstanın sabiq Baş naziri, "Ədalətli Gürcüstan naminə hərəkat" partiyasının lideri Zurab Noqaideli Moskvaya yola düşəcək. Noqaideli Rusiyanın hakim "Vahid Rusiya" partiyasının rəhbərliyi və nümayəndələri ilə görüşlər keçirəcək.
Zurab Noqaideli yenidən Moskvaya gedir

Gürcüstan, Tbilisi, 22 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın sabiq Baş naziri, "Ədalətli Gürcüstan naminə hərəkat" partiyasının lideri Zurab Noqaideli Moskvaya yola düşəcək. Noqaideli Rusiyanın hakim "Vahid Rusiya" partiyasının rəhbərliyi və nümayəndələri ilə görüşlər keçirəcək. RF hökumətinin və Dövlət Dumasının üzvləri ilə də danışıqlar planlaşdırlıb. Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bu, oktyabr ayından etibarən Noqaidelinin Rusiya paytaxtına dördüncü səfəridir.

Səfərlər zamanı Noqaideli Rusiyanın rəsmi şəxsləri ilə, xüsusilə də RF-nin xarici işlər nazirinin müavini Karasinlə bir neçə dəfə görüşüb.

Xəbər lenti

Xəbər lenti