...

Azərbaycan Prezidenti Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanunu təsdiq edib

Siyasət Materials 22 Dekabr 2009 20:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasi Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanunu təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasi Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət Sosial Müdafiə Fonduna 2010-cu il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görmək və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Maliyyə Nazirlliyinə 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Qanuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu ilə olan gəlir və xərcləri 1 757,216 milyon manat səviyyəsində təsdiq edilib.

Qanun 2010-cu ili yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti