Azərbaycan Prezidenti İlham Əliyev V.C. Əliyevə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Vaqif Cəfər oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.