...

Azərbaycan seçiciləri MSK-nın "qaynar xətt"inə müraciət edə bilərlər

Siyasət Materials 23 Dekabr 2009 08:39 (UTC +04:00)
Azərbaycan seçiciləri səsvermədə baş verə biləcək probləmlərin aradan qaldırılması üçün Mərkəzi Seçki Komissiyasının 115 nömrəli “qaynar xətt”inə müraciət edə bilər, çərşənbə günü Trend News-a MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan seçiciləri MSK-nın "qaynar xətt"inə müraciət edə bilərlər

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/ Azərbaycan seçiciləri səsvermədə baş verə biləcək probləmlərin aradan qaldırılması üçün Mərkəzi Seçki Komissiyasının 115 saylı "qaynar xətt"inə müraciət edə bilər, çərşənbə günü Trend -a MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

"500 veb-kameradan 289-u Abşeron rayonu da daxil olmaqla, ölkənin 37 rayonunda, 189-u Bakıda, 25-i isə Naxçıvanda quraşdırılıb. İnternet vasitəsilədə seçki prosesini izləmək olar", - MSK sədri deyib.

Dairə seçki komissiyalarında seçki prosesinə müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.

Səsvermə saat 19:00-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti